Haqqımızda

Ana Səhifə  /  Haqqımızda

Quruluş tarixçəmiz



1999 - cu ildə Natiq Heydər oğlu Nəbili tərəfindən qurulan şirkətimiz, ilk başlarda traktor və aqreqatların
  ehtiyat hissələrinin satışı ilə faliyyətə başlamışdır. İllər keçdikcə bu fəaliyyət sahəmizi genişləndirərək 
   birbaşa traktor və aqreqat satışı onların servisi, heyvandarlıq avadanlıqları və onların quraşdırlması
     istiqamətində fəaliyyətimizi genişləndirdik.

2011-ci ildən  “A-Construction” MMC adı ilə fəaliyyətimizə davam edirik. 
 Biz keyfiyyətli texnika və keyfiyyətli ehtiyat hissəsi tədarük edərək müştərilərimizin sayını artırdıq,
  Beləliklə bizim fəaliyyət sahəmiz Azərbaycanımızın hər tərəfinə yayıldı.  
   Bizim Bakı şəhər, Abşeron rayonu, Saray qəsəbəsində və Yevlax şəhərində Sərgi satış salonumuz, 
    Sumqayıt şəhər Avtomobil satış mərkəzində Ehtiyat hissəsi satışı mərkəzimiz,
      Bütün rayonlarda isə nümayəndəliklərimiz fəaliyyət göstərməkdədir.
       
      

Missiyamız


Biz xidmətimizi ən üst səviyyəyə qaldırmaq üçün
2019-cu ildə “AZERNAGRO”MMC - ni təsis etdik. 
Belə ki, biz ölkə daxili ticarətlə yanaşı xarici ticarət 
sahəsini genişləndirmək və rəqabət gücünü daim   
güclü saxlamağı hədəflədik.

Bu siyasətimizi reallaşdırmaq üçün aşağıdakı hədəfləri qarşımıza qoyduq:
*Müştəri istəyinə uyğun çalışmaq,
*Keyfiyyəti ən müasir səviyyədə saxlamaq,
*Çatdırılma xidmətini sürətləndirmək,
*Texnoloji inkişafı izləmək və tətbiq etmək,
*Kollektivimizi və müştərilərimizi  motivasiya etmək və texnoloji inkişafdaki yeniliklərlə məlumatlandırmaq,
*Müştərilərimizlə qiymət siyasətində razılaşmaq,
*Ölkə iqtisadiyyatına və Kənd təsərrüfatına maksimum fayda vermək.

Vizyomumuz

«Aqrolizinq» ASC- nin  sahibkarlara verdiyi aqrotexnikanın sahibkarlar tərəfindən qeyri standart istifadəsi, kənd təsərrüfatında çalışan texnikaların vaxtı-vaxtında təmir olunmaması, nisbətən köhnələn texnikanın sıradan çıxmasına səbəb olur. 

Son bir ildə bu sahədə çalışan insanların çox böyük çətinliklərlə üzləşdiyinin şahidi oluruq. Belə ki, həmin insanların ehtiyat hissələrində, təkərlər  və aqreqatlarda müşahidə olunan qiymət artımı ilə bağlı həmin detalları əldə etmələrində maddi çətinliklər  yaranır. Bu da kənd təsərrüfatındakı  dinamik sürətin zəifləməsi ilə nəticələnir.

BİZİM VİZYONUMUZ  - həmin insanların ehtiyat hissələrində, təkərlər  və aqreqatlarda müşahidə olunan cətinlikləri aradan qaldırmaq və sahibkarları ən yeni texnika və aqreqatlarla ən sərfəli qiymətlə və şərtlərlə təmin etməkdir.


Top